Premyer Liqanın IV turunun 4 oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, bütün qarşılaşmaları yenə azarkeşlərə “İdman Azərbaycan” kanalı təqdim edəcək.
Kanal cümə günü – avqustun 23-də, saat 19.00-da AZAL – “Sumqayıt” matçını efirə verəcək. Bir gün sonra eyni saatda “Simurq” – “Bakı” canlı yayımlanacaq.
Bazar günü isə azarkeşlər iki qarşılaşma izləmək imkanı əldə edəcək. Saat 18.00-da “Qəbələ” – “Qarabağ”, iki saat sonra “Xəzər Lənkəran”la “Neftçi” arasındakı “Böyük oyun” başlayacaq.
Qeyd edək ki, IV turun bir oyunu – “Rəvan” – “İnter” qarşılaşması canlı yayımlanmayacaq.