“Hazırda “Qarabağ” Azərbaycanın ən güclü komandasıdı və Avroliqada qrupa düşmək şansı var”. Fanat.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Bernhard Lippert deyib.
“Qarabağ” – “Ayntraxt” matçından əvvəl Almaniya mətbuatına danışan mütəxəssis təmsilçimizin autsayder olduğunu bildirib: “Qarabağ” “Ayntraxt”la görüşlərdə aşkar autsayderdi. Lakin sürpriz də istisna deyil. Zəif rəqiblə oynayanda, həmişə ehtiyatlı olmalısan. “Qarabağ” indi yaxşı formadadı. Avrokuboklarda 3 mərhələ keçib. Polşa və İsveç təmsilçilərini mübarizədən kənarlaşdırıb. Heyətində xeyli sayda milli üzvləri və 7-8 legioner var”.