Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun oyunları keçirilir.
Fanat.az xəbər verir ki,“Bakı”nın istirahət edəcəyi turun iki görüşü paytaxtda, biri Sumqayıtda, digəri isə Lənkəranda baş tutacaq.
Ardıcıl 7 çempionat matçında qalib gələn "Qəbələ" səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq. Öz meydanındakı son 3 oyunda uduzmayan cənub təmsilçisi iddialı rəqibini də büdrətməyə çalışacaq.
“Simurq” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Avrokuboklara az da olsa şansları qalan Zaqatala klubu mütləq qələbə qazanmalıdı. 13 oyundu qələbə qazana bilməyən “Sumqayıt” isə bu uğursuzluğa son qoymaq arzusundadı.
“İnter” 4 oyundu qələbəyə həsrət qalan AZAL ilə münasibətlərə aydınlıq gətirəcək. İkinci pillədə möhkəmlənmək üçün “bankirlər” bu oyunda 3 xal əldə etməyə çalışacaqlar.
Turun mərkəzi qarşılaşması isə əzəli rəqiblər – “Qarabağ” və “Neftçi” arasında keçiriləcək. Çempionatda iki mövsümdü ağdamlılara qalib gələ bilməyən paytaxt klubu tilsimi qırmaq arzusundadı. Öz növbəsində, Qurban Qurbanovun komandası da meydana vaxt keçirmək üçün çıxmayacaq.
Azərbaycan Premyer Liqası. XXXI tur
25 aprel
17:00. “Xəzər Lənkəran” – “Qəbələ” - 0:1
Qol: Cavid Hesynov, 48 (0:1)
Qırmızı vərəqə: Elvin Mirzəyev, 45+1 ("Xəzər Lənkəran")
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev
İlk 3 dövrədəki oyunlar: 1:1, 3:0, 1:3
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Sumqayıt” – “Simurq” - 1:0
Qol: Pərdis Fərcad-Azad, 49 (1:0)
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov
Köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
İlk 3 dövrədəki oyunlar: 2:3, 2:1, 1:1
“Kapital Bank Arena”
18:00. “İnter” – AZAL - 2:0
Qol: Arif Daşdəmirov, 59 (1:0), 75 (2:0)
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:1
“İnter Arena”
19:00. “Qarabağ” – “Neftçi” - 3:2
Qollar: Muarem Muarem, 15 (1:0)? Cavid Tağıyev, 27 (2:0), Araz Abdullayev, 31 (2:1), Nikolas Kanales, 60 (2:2), Leroy Corc, 70 (3:2)
Qırmızı vərəqə: Karlos Kardozo, 76 ("Neftçi")
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev
Köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev
İlk 3 dövrədəki oyunlar: 3:1, 0:0, 1:0
“Bakcell Arena”
Bombardir: Nurlan Novruzov ("Bakı") - 13 qol
Fanat.az