Almaniya “Ayntraxt”ını Avroliqanın pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la ilk oyunda dəstəkləyəcək azarkeşlərin sayı durmadan çoxalır. Fanat.az xəbər verir ki, Frankfurt təmsilçisinin direktoru Heribert Brukaqen “Qarabağ”la oyunda onları təxminən 1000 tərəfdarın dəstəkləyəcəyini bəyan edib:
“Bundesliqadakı uğursuzluqlara baxmayaraq, “Ayntraxt” tərəfdarları Bakıdakı oyuna böyük maraq göstərirlər. 30 min azarkeş tutumuna malik stadionda 1000 almaniyalı tərəfdarımız da olacaq”.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.