“Fənərbaxça” ilə “Qalatasaray” arasında keçirilən derbi zamanı bir sıra “Fənər” azarkeşi əllərində bananlarla, “Qalatasaray”lı futbolçular Didye Droqba, Dani Nunkeu, Emanuel Ebueyə qarşı irqçi şüarlar səsləndiriblər.
“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” azarkeşləri də həm buna, həm də ki, ümumilikdə irqçiliyə qarşı mübarizə aparmaq məqsədilə bu həftə keçiriləcək “Trabzonspor” görüşündə üzlərinə Droqba, Dani, Ebue və “Fənər”in futbolçusu olan Piyer Vebo maskaları taxacaqlar. Bununlada onlar komandalarda olan zənci futbolçulara öz dəstəklərini bildirəcəklər.
İdman24.az