Toni Adams "Nənəm sizə elçi gəlir" oynayır - VİDEO
Britaniyanın "Daily Mirror" qəzeti "Arsenal"ın əfsanəsi Tony Adamsın Azərbaycan toyunda rəqsindən yazıb.
Fanat.az-ın məlumatına görə, qəzet yazır ki, "bir vaxtlar Tony Adams əllərini yalnız bir halda yuxarı qaldırardı: oyundan kənar vəziyyəti göstərmək üçün. Amma bu videodan göründüyü kimi, indi o Azərbaycan toyunda heç nəyə məhəl qoymadan əl-qolunu atır".
Xəbərdə deyilir ki, İngiltərə millisinin keçmiş müdafiəçisinin rəqsinə hər bir ingilis qibtə edə bilər. "Bəs o Azərbaycanda nə edir?" deyə soruşur qəzet və özü də cavab verir: "Gözəl sualdı. O hazırda Azərbaycanın yüksək liqasında oynayan "Qəbələ" klubunun idman direktorudu. O 2010-cu ildə Qəbələyə artıq bir il menecerlik edib, indi təkrar ora, vəzifəyə qayıdıb".
Qəzet yazır ki, toydakı qonaqlardan biri Adamsı zürafəyə bənzədib: "Amma çətini başlamaqdı".
Qeyd edək ki, Adams "Qəbələ"nin mətbuat katibi Anar Hacıyevin toyunda Azərbaycan rəqsi oynayıb.