“Çətin oyun olacaq. Amma “Qarabağ”a qarşı da Bundesliqanın son turunda “Bavariya” ilə oynadığımız kimi oynasaq, onda qələbə qazana bilərik. Bakıdan nəticə ilə qayıtmaq istəyirik”. Fanat.az xəbər verir ki, bu sözləri “Ayntarxt”ın futbolçusu Aleksandr Meyer deyib.
Bu gün Bakıda keçirilən mətbuat konfransında iştirak edən alman yarımmüdafiəçi üçün qol vurub-vurmamağın əhəmiyyəti yoxdu: “Mən 7 ildən sonra avrokuboklarda oynayacağam. Bu, mənim üçün xüsusi hissdi. Həmişə demişəm ki, mənim üçün qol vurmaq yox, komandamın uğuru vacibdi. Sabah qol vuracağımı, bunun başla, yoxsa necə olacağını indidən deyə bilmərəm”.