11:05 09.05.2015 612

"Qəbələ": ardıcıl 6-cı səfər qələbəsi

“Qəbələ” Topaz Premyer Liqasının XXXIII turunda “Sumqayıt”la üz-üzə gəlib. Səfər oyununda 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” uğurlu seriyalarını bu matçda da davam etdirib.

Ardıcıl 6-cı səfər qələbəsi

Bu il fevralın 10-da səfərdə “Simurq”a 0:2 hesabı ilə məğlub olan Roman Qriqorçuk həmin oyundan sonra rəqib meydanında xal itirmir. “Qarabağ”ı 1:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Neftçi”ni 3:1, “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” Sumqayıtın eyniadlı komandası ilə matçda ardıcıl 6-cı səfər qələbəsini qazanıb. Bu da klub tarixinin rekordudu.

10 məğlubiyyətsiz oyun

“Qəbələ” fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirdikdən sonra çempionat matçlarında uduzmayıb. Paytaxt təmsilçisi ilə qarşılaşmadan sonraya təsadüf edən seriya müddətində “qırmızı-qaralar” 28 xal qazanıb. 6 səfər oyunu ilə yanaşı, “Xəzər Lənkəran” (3:1), “Sumqayıt” (2:0), “Simurq” (1:0) və “Qarabağ”la (1:1) ev oyunlarında da “Qəbələ” məğlubiyyət acısı yaşamayıb. Komandamızın Premyer Liqadakı ən uzun məğlubiyyətsiz oyunlar seriyası 2011-ci ildə qeydə alınıb. Həmin vaxt “qırmızı-qaralar” 16 matçda heç kimə yenilməyib.

11 qollu oyun

“Simurq”la fevralın 10-da baş tutan qarşılaşmadan sonra Qriqorçukun yetirmələri 11 matçdır meydanı qolsuz tərk etmir. Bu görüşlərdə komandamız 21 dəfə fərqlənib. İndiki seriya klub tarixinin yeni rekordudur. 2006-cı ildən Premyer Liqada çıxış edən “qırmızı-qaralar” indiyədək belə məhsuldarlıq nümayiş etdirməmişdi.

Ən uğurlu mövsüm

Cari mövsümdə son səfər matçını keçirən “Qəbələ” Premyer Liqanı 2 ev oyunu ilə bitirəcək. Rəqib meydanlarında 9-cu qələbəsini qazanan, qol sayını 23-ə, top fərqini 5-ə, xal hesabını 30-a çatdıran “qırmızı-qaralar” mövsümlər üzrə ən yaxşı nəticələrini göstərib. Bu 4 rekordun hamısı ötən mövsümün göstəricilərinin yenilənməsi ilə gerçəkləşib. Həmin 18 səfər oyununda 8 qələbəsi, 21 qolu, 3-ə bərabər top fərqi və 29 xalı olan komandamızın rekordları cəmi 1 ildən sonra yeniləndi.

32-ci qol

Klub tarixinin ən məhsuldar futbolçusu olan Viktor Mendi “Sumqayıt”la oyunda 2-ci qolu vurmaqla “qırmızı-qaralar”ın heyətində 32-ci dəfə fərqlənib. O, “Qəbələ” tarixinin ən məhsuldar oyunçuları siyahısında Dodo (23), Rövşən Əhmədov (20), Kənan Kərimov (18), Yannik Kamanan (17), Deon Bartonu (15) qabaqlayır. Premyer Liqada 28-ci qolunu vuran seneqallı hücumçu Dodo (21), Yannik Kamanan (16), Deon Bartonla (15) fərqi artırıb.

gabalafc.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X