"Qəbələ" ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Roman Qriqorçuk Ruslan Abışovun хidmətindən məhrum olub.
Belə ki, millimizin üzvü cəzalı duruma düşüb. "Sumqayıt"la oyunun 31-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Abışov sarı vərəqə limitini doldurub. Bu onun cari mövsümdə 12-ci "sarı"sı olduğundan Ruslan 3-cü dəfə limit üzündən oyun buraхacaq. O, XXXIV turda "İnter"ə qarşı oynamayacaq.
Ruslan bundan əvvəl "Xəzər Lənkəran"la 4, "Qarabağ" və AZAL-la 2 oyunda, həmçinin "İnter", "Bakı" və "Neftçi" ilə görüşlərdə sarı vərəqə alıb.
Fanat.az