Kamal Bayramov karyerasını yenidən Premyer Liqada davam etdirəcək. Fanat.az xəbər verir ki, ötən mövsüm “Turan”da çıxış edən qolkiper Tovuz klubundan ayrılıb.
Kamal “Rəvan”la anlaşıb. Hazırda tərəflər arasında müqavilənin şərtləri müzakirə olunur. Bayramov bu gündən Bakı klubunun məşqlərinə qatılır. Onunla yaxın vaxtlarda müqavilə imzalanacaq.
Qeyd edək ki, Kamal əvvəllər “Neftçi”, “Muğan” və “Xəzər Lənkəran”ın formasını geyinib.