Fransa 1-ci liqasına çıxan "Monaco" daha bir transfer gerçəkləşdirib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, klub "Real Madrid"in portuqaliyalı stoperi Rikardo Karvaliyo ilə güclənib.
Daha əvvəl "Porto" və "Çelsi"də də forma geyən Karvaliyo ""Monaco"ya transfer olduğum üçün çox xoşbəxtəm. Mənim üçün yeni və fərqli bir macəra olacaq", deyib.
İdman24.az