Hakimlər Komitəsi Premyer Liqanın IV turunun oyunlarına təyinatları açıqlayıb. Fanat.az xəbər verir ki, III turda qalmaqala səbəb olan ədalət təmsilçilərindən yalnız biri təyinat alıb.
Belə ki, “Neftçi” – “Simurq” oyununu idarə etmiş Əliyar Ağayev turun mərkəzi qarşılaşmalarından biri olan “Qəbələ” – “Qarabağ” matçını idarə edəcək. Bu hakimdən “Neftçi” narazı qalmışdı. Paytaxt klubu FİFA referisinin səhvlərini rəsmi saytı vasitəsi ilə elan etmişdi. Lakin Xaqani Məmmədov Ağayevin oyunu yüksək səviyyədə idarə etdiyini deyərək, onun müdafiəsini qalxmışdı.
Hakimlər Komitəsi “Xəzər Lənkəran”ın narazı qaldığı Rəhim Həsənova (Qarabağ – Xəzər Lənkəran), “Qəbələ”nin ittiham etdiyi Orxan Məmmədova (Sumqayıt – Qəbələ) və “İnter”in narazı qaldığı Rauf Cabbarova (İnter – AZAL) təyinat verməyib.
Qeyd edək ki, Xaqani Məmmədov Rəhim Həsənovla Orxan Məmmədovun səhvini etiraf edib.