"Beşiktaş"ın qapıçısı Allan McGregorun "Hull City"ə transfer olduğu ifadə edildi.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Beşiktaş" "Rangers"dən transfer etdiyi ancaq gözlənilən səmərəni ala bilmədiyi qapıçısı Allan McGregor ilə yollarını ayırır.
Xəbərlərə görə, qapıçı təxminən 2 milyon avroluq ödəniş qarşılığında İngiltərənin "Hull City" komandasına transfer olub.
İdman24.az