Azərbaycan millisinin baş məşqçisi Berti Foqts yığma ilə ilin sonunda bitəcək müqaviləni yeniləməyəcək. Fanat.az xəbər verir ki, bu barədə almaniyalı mütəxəssisin özü məlumat verib.
Vətənində mətbuata danışan Foqts AFFA-nın yeni baş məşqçi axtarışından narahat olmadığını və yeni müqavilə imzalamayacağını bildirib: “Müqaviləmin bitməsinə 6 ay var. Lakin, AFFA artıq mənim yerimə baş məşqçi axtarışına çıxıb. Mənsə, yeni müqavilə imzalamayacam. Belə bir fikrim yoxdu”.
Foqts bundan əlavə gələcək planlarından da danışıb: “Mənim Almaniya Futbol Federasiyasında çalışmaq fikrim yoxdu. Mən elə bir komandaya gedəcəm ki, orada titul uğrunda mübariz apara bilək. Təbii ki, həmin iddialı komandanın maliyyə durumu da yaxşı olmalıdı. Çünki, futbolçuya bəzən 30 milyon avro da xərcləməli olursan”.