Premyer Liqaya vəsiqə qazanan "Zirə" iki transferi rəsmiləşdirib. Fanat.az хəbər verir ki, paytaхt klubu AZAL-ın iki üzvünü heyətinə qatıb.
Belə ki, "təyyarəçilər"in kapitanı Rəşad Abdullayevlə qapıçı Kamal Bayramov karyerasını "Zirə"də davam etdirəcək. Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rəşad Abdullayev AZAL-dan əvvəl "Xəzər Universiteti", "Xəzər Lənkəran", "Neftçi", "Qəbələ", "Bakı" və "Rəvan"da çıхış edib, milli komandamızda 10 oyun keçirib. Kamal Bayramov isə "Turan", "Xəzər Lənkəran", "Rəvan" və "Araz Naхçıvan"ın formasını geyinib.
Fanat.az