Bu gün Klublar Komitəsinin 2014/15 mövsümü ilə bağlı son iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri bir sıra məsələləri müzakirə edib.
Toplantıdan sonra jurnalistlərə açıqlama verən komitənin sədri Tuyqun Nadirov bildirib ki, birinci məsələ əcnəbi fxutbolçulara görə ödənilən rusumla bağlı olub: "Bəzi məsələlər var ki, onlar hələ həll olunmayıb. Bunlardan biri legionerlərə görə ödənilən rüsumla bağlıdı. Biz 21 yaşa çatmamış əcnəbilərə görə rüsumun 50 faiz azaldılmasını təklif edirik. Bundan başqa legionerlərə görə ödənilən rüsumun ləğv olunmasını təklif edə bilərik. Yəni sadəcə klublar PFL-ə üzvlük haqqı ödəsin".
Klublar Komitəsi klubların yetirmələrinə görə kompensasiya alması məsələsini də müzakirə edib: "Klublar öz yetirmələrinin komandadan getməsinə görə kompensasiyasız qalmamalıdı. Üçüncü məsələni isə "Bakı" qaldırdı. Bu, növbəti 10 il üçün ölkə futbolunun və klubların inkişafına dair dövlət proqramının hazırlanmasıdı".
Nadirov bildirib ki, iclasda zəmçinin teleyayımla bağlı məsələ də müzakirə edilib: "İstəyirik ki, həm klub, həm də televiziya qazanc əldə etsin. "İdman Azərbaycan" çempionat oyunlarını kifayət qədər keyfiyyətli nümayiş etdirir. Amma orada klubların sponsorlarının reklamını da görmək yaxşı olardı".
Fanat.az