“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Fanat.az xəbər verir ki, Ağdam klubu 12 oyundan sonra ilk dəfə meydanı məğlubiyyətlə tərk edib.
“Qarabağ” sonuncu dəfə Premyer Liqanın 2012/13 mövsümünün 29-cu turunda – aprelin 5-də səfərdə “Neftçi”yə 1:2 hesabı ilə yenilmişdi. Həmin vaxtdan sonra 12 rəsmi oyuna çıxan Ağdam klubu 9 qələbə qazanmış və 3 heç-heçə etmişdi. Bunlardan 6-sı Premyer Liqada, 5-sı isə Avrora Liqasında baş tutub.
Dünən axşam 13-cü oyuna çıxan Ağdam klubunun seriyasına Avropa Liqasında “Ayntraxt” son qoyub. Beləliklə, nəhs rəqəm – 13 “Qarabağ”a düşməyib və Qurban Qurbanovun komandası 139 gündən sonra məğlubiyyət acısı dadıb.