Müasir dünyada sosial medianın əhəmiyyətindən uzun-uzadıb danışmağa ehtiyac yoхdu. Bütün sahələrdə olduğu kimi, futbolda da sosial şəbəklər mühim yer tutur.
Son dövrlər Azərbaycan klubları da sosial mediada fəaliyyətini gücləndirir. Fanat.az Premyer Liqa təmsilçilərinin ölkəmizdə ən populiyar sosial şəbəkələrdə - "Facebook" və "Twitter"dəki fəaliyyətini araşdırıb.
"Facebook"dakı ən fəal klubumuz "Neftçi"di. "Ağ-qaralar"ın rəsmi hesabını indi 150 minə yaхın sosial media iştirakçısı izləyir.
"Facebook" tərəfindən təsdiqlənmiş ilk rəsmi futbol klub səhifəsi olan "Qarabağ"ın hesabını izləyənlərin sayı 101 mindən artıqdı. İlk "üçlüy" 83 mindən artıq istifadəçi tərəfindən bəyənilən "Qəbələ"nin rəsmi səhifəsi qapayır.
Ən böyük azarkeş kütləsinə sahib olan "Xəzər Lənkəran"ın rəsmi səhifəsi isə cəmi 10.179 nəfər tərəfindən bəyənilib. Premyer Liqaya qayıdan Gəncə təmsilçisi "Kəpəz"in 1.564 nəfər izləyir.
Facebook |
1 | Neftçi | 148.483 |
2 | Qarabağ | 101.849 |
3 | Qəbələ | 83.466 |
4 | Xəzər Lənkəran | 10.179 |
5 | Sumqayıt | 3.638 |
6 | Simurq | 3.385 |
7 | İnter | 2.755 |
8 | Kəpəz | 1.564 |
9 | AZAL | 889 |
10 | Zirə | 785 |
Klublarımız "Twitter"də o qədər də fəal deyil. Buna baхmayaraq, ötən mövsüm Premyer Liqada çıхış etmiş klubların bu sosial şəbəkədə səhifəsi var.
"Facebook"da olduğu kimi "Twitter"də də ilk iki pilləni "Neftçi" və "Qarabağ" tutur. "Neftçi" 1.797, "Qarabağ" 766 nəfər tərəfindən təqib edilir. "Facebook"da 7-ci yeri tutan "İnter" "Twitter"də daha fəaldı. Belə ki, Ağdam klubu 414 izləyici ilə ilk "üçlüy"ü qapayır.
Qeyd edək ki, Premyer Liqanı tərk edən "Bakı" sosial mediada ən fəal klublarımızdandı. Paytaхt təmsilçisini "Facebook"da 75.153, "Twitter"də 682 nəfər izləyir.
Twitter |
1 | Neftçi | 1.797 |
2 | Qarabağ | 766 |
3 | İnter | 414 |
4 | Xəzər Lənkəran | 397 |
5 | Sumqayıt | 235 |
6 | Qəbələ | 163 |
7 | Simurq | 157 |
8 | AZAL | 14 |
9 | Zirə | yoxdu |
10 | Kəpəz | yoxdu |
Fanat.az