Sabah Lənkəranda keçiriləcək Topaz premyer liqasının IV turunun “Xəzər Lənkəran” - “Neftçi” matçı öncəsi cənublular son məşqinə çıxıb. Fanat.az xəbər verir ki, ehtiyat meydanda baş tutan hazırlıq saat yarım sürüb və futbolçular taktiki çalışmalar və ev tapşırıqları üzərində hazırlığı başa vurub.
Yüngul zədəli futbolçularımızı nəzərə almasaq komandamızda ciddi zədəsi olan futbolçu yoxdur və “Xəzər Lənkəran” qələbə əhval-ruhiyyəsi ilə matç saatını gözləyir.