Hal-hazırda əvəzedici heyətlərin ölkə birinciliyində "Xəzər Lənkəran" "Neftçi"ni qəbul edir. Fanat.az xəbər verir ki, oyun Lənkəran şəhər stadionunun ehtiyat meydançasında keçirilir.
Cənubluları dəstəkləmək üçün meydana 100-ə yaxın lənkəranlı gəlib. Bundan başqa klub prezidenti Mais Mənsimov və klubun digər rəhbər şəxsləri oyunu izləyənlər arasındadı.
Qeyd edək ki, matç 1:1 hesabı ilə davam edir.