“Heç cür hücum və müdafiə arasında balans yarada bilmədik. Hər oyunda ilk qolu buraxan biz oluruq. İlk hissədə çox zəif oynayırıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Syomin məğlubiyyətin səbəbini izah etməkdə çətinlik çəkdiyini dilə gətirib: "Bunun səbəbini izah etməkdə çətinlik çəkirəm. Fikrimcə, bu, psixoloji amillərlə bağlıdı. İkinci yarı üçün yetirmələrimə iradım yoxdu. Qurban Qurbanovun komandasının oyun prinsipi var. Sona kimi mübarizə aparırlar. Hələ ki komandamızda müdafiəçilərimizin birgə işi uğurlu alınmır. İkinci yarıda bu qədər epizod yarada biliriksə, deməli, yaxşı oynayırıq. Bir şeyi unutmamalıyıq ki, heyətdə 8 futbolçu var ki, cəmi 2 aydı bir yerdə oynayır. Ürfanı səhvinə görə cəzalandırmağı düşünmürəm. Ona qalsa, ön xətdəkilər daha çox səhvə yol verdi. Sadəcə, yorulduğu üçün onu əvəzlədim. “Qarabağ”a Almaniyada uğurlar arzulayıram”.