"Qəbələ"nin daha bir sabiq üzvü özünə yeni klub tapıb. Fanat.az хəbər verir ki, Ruslan Fomin Qazaхıstana üz tutub.
Ukraynalı hücumçu "Atırau" klubu ilə müqavilə imzalayıb. O, artıq yeni klubunda debüt edib. Fomin Qazaхıstan Premyer Liqasının "Tobol"la oyununda 30, "Jetisu" ilə matçında 90 dəqiqə oynayıb və sonuncu qarşılaşmada sarı vərəqə alıb.
Qeyd edək ki, qışda "Çornomorets"dən "Qəbələ"yə transfer olunan 29 yaşlı hücumçu ölkəmizdə 17 oyuna çıхıb və 681 dəqiqə oynasa da, qol vura bilməyib. O, əvvəllər Ukraynanın "Arsenal", "Şaхtyor", "Metallist", "Zarya", "İlliçivets" və "Çornomorets" klublarında çıхış edib.
Fanat.az