01:48 01.07.2015 552

Roman Qriqorçuk: "Daha bir futbolçu almalıyıq"

"Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk "Qəbələ İK" qəzetinə müsahibəsində Avropa Liqasına hazırlıq, yoxlama oyunları, yeni transferlər barədə danışıb və rəqiblərini dəyərləndirib. Fanat.az müsahibəni təqdim edir.


- Toplanışda kompleks şəkildə hazırlaşdıq. Millinin futbolçularına istirahət verdiyimizdən, toplanışda iştirak etmədilər. Türkiyədə tam heyətlə hazırlaşmasaq da, gileylənə bilmərik. Çünki hazırlıq bizim üçün, həqiqətən, yaxşı keçdi. Mövsümün əvvəli olduğundan fiziki hazırlığa xüsusi diqqət yetirdik. Ərzurum hazırlığı dövründə güclü komanda tapmağın çətin olduğunu əvvəlcədən bilirdik. Çünki iyun ayında əksər komandalar istirahətdə olur. Əslində, həmin dövrdə güclü rəqiblərə ehtiyac da yox idi. Sadəcə, oynamağımız lazım idi. Bu baxımdan, hesab edirəm ki, Ərzurum təmsilçiləri ilə matçlar faydalı oldu. Çünki istənilən halda, hər bir oyun məşqdən fərqlənir və daha faydalıdır.


- Ərzurum hazırlığından sonra Qəbələdə Gürcüstan klubu ilə yoxlama oyunu keçirmək istədiyinizi demişdiniz. Bu variant Tiflis “Dinamo”su bizə Avroliqada rəqib düşəndən sonra arxa plana keçdi?

- Xeyr. Püşkdən sonra da bunu çox istəyirdim və oynamağa hazır idik. Hətta gürcülərin “Dinamo”ya “Qəbələ” haqda geniş məlumat verəcəyindən də qorxmurduq. Onsuz da elə dövrdə yaşayırıq ki, hansısa komanda barədə informasiya toplamaq çətin deyil. Sadəcə, Gürcüstan komandalarından biri ilə yoxlama matçı keçirmək planı baş tutmadı. Vaxt azlığından xaricə səfər edə bilmədik.


- Bəs “İnter”i seçərkən, komandanın heyətində gürcü futbolçuların olması, kollektivə isə Tiflis “Dinamo”sunun sabiq futbolçusu Zaur Svanadzenin başçılıq etməsi nə dərəcədə rol oynadı?

- “İnter”i Qəbələyə dəvət edərkən, dediyiniz bu faktlara əsaslandığımızı deyə bilmərəm. Sadəcə, Bakı komandasını ciddi rəqib saydığımızdan, onlarla sınaq matçı keçirmək qərarına gəldik. Yaxşı oyun təcrübəsi qazandığımızdan, üç gün sonra onlarla Qəbələdə daha bir sınaq görüşü keçriməyi lazım bildik. Hərçənd, 2-ci sınaq oyununu “İnter”lə keçirməyi planlaşdırmamışdıq. Sadəcə, bu komanda ən münasib, ən maraqlı variant oldu. Hər halda, indiki vaxtda Qəbələyə “İnter”dən güclü komanda gətirmək asan deyil. Rəqib də Avroliqaya hazırlaşdığından, maraqlarımız üst-üstə düşdü. “Dinamo”yla oyunlar öncəsi “İnter”lə matçlar bizim üçün faydalı oldu. Hərçənd, bu komanda ilə çempionatda daha 4 dəfə oynayacağıq (gülür).


- Püşkün nəticəsindən razısınızmı? Tiflis “Dinamo”sunu necə dəyərləndirərdiniz?

- Tiflis “Dinamo”su Gürcüstan futbolunda brenddi. Çox böyük ada, ənənəyə, tarixə malikdi. “Dinamo” futbolda böyük uğurlar qazanıb. Həmişə maraqlı oyun göstərib və bütün azarkeşlər tərəfindən bəyənilib. “Dinamo”dan vaxtilə çoxlu ulduz futbolçu çıxıb. Bütün bunların çox əhəmiyyətli olduğunu bilirik və rəqibə böyük hörmət bəsləyirik. Ancaq idmanda tarixlə yanaşı, indiki dövr də önəmlidi. Hazırkı “Dinamo”nun imkanlarını saf-çürük etmişik. Bunun üçün yetərincə vaxt və informasiya mənbələri tapdıq. Belə ciddi rəqibə üstün gəlmək üçün onu çox yaxşı tanımağın lazım olduğunu bilirik.


- Maraqlıdır Tiflis “Dinamo”suna nə vaxtsa rəqib olmusunuz?

- Yox. Bu, Tiflis komandası ilə ilk rəsmi görüşüm olacaq. Futbol oynadığım dövrdə, SSRİ vaxtında Gürcüstan klublarıyla yoldaşlıq görüşlərimiz çox olub. Bunlar arasında Tiflis “Dinamo”su da vardı.


- Sizcə, ilk oyunu səfərdə keçirmək sizə əlavə üstünlük verir?

- Bunda heç bir üstünlük görmürəm. Şəxsi təcrübəmdən misal çəkim. “Çernomorets”lə Avroliqanın qrup mərhələsinə düşəndə və ardınca 1/16 finala çıxanda bütün oyunları ilk olaraq evdə keçirdik. Ancaq bu, mərhələ keçməyimizə mane olmurdu. Məsələn, “Srvena Zvezda” kimi güclü rəqiblə evdə oynayandan sonda bizdə özünəinam xeyli artdı. Belqraddakı cavab matçında komandamla fəxr edirdim. Evdə cavab oyununun 90 yox, 120 dəqiqə davam etməsi mümkündü və bu zaman azarkeş dəstəyi kömək olur. Ancaq digər tərəfdən, həmin 30 dəqiqədə qol buraxsan, 2 qol vurmalısan.


- Yeni transferlər, onların hazırlıq səviyyəsi haqqında nə deyə bilərsiniz?

- Əvvəla, onların sınaqdan keçməsi prosesi hələ tam başa çatmayıb, bir müddət çəkəcək. Çünki komandaya nə qədər yüksək səviyyəli futbolçu gəlsə belə, onlara anlaşma, adaptasiya üçün vaxt lazımdı. Hər halda, onları komandaya götürməzdən öncə uzun müddət götür-qoy etmişdik. Yeni futbolçularla çalışdığımız müddətdə hər şey müsbətdi.


- Heyətin komplektləşdirilməsi başa çatdı, yoxsa...

- Daha bir transfer nəzərdə tutulub. Növbəti mərhələyə keçsək, Balkan təmsilçisi ilə qarşılaşacağıq. Əlbəttə, çox çətin olacaq. Həm Sloveniyanın “Domjale”, həm də Serbiyanın “Çukariçki” klubu çox ciddi rəqiblərdi. Avrokuboklarda böyük təcrübəyə malikdilər. Keçmiş Yuqoslaviya futbol ölkəsi kimi tanınır. Ona görə də, bizə daha bir mövqedə futbolçu lazımdı.


- Deyə bilərsinizmi hansı mövqeyə?

- Hücumameylli yarımmüdafiəçi istəyirik. George Floreskunun yarımmüdafiənin mərkəzinə gəlişindən sonra bizə hücumameylli futbolçu lazımdı. O, universal olmalı, həm oyun qurucusu mövqeyində, həm də cinahlarda oynamağı bacarmalıdı. Həmin futbolçu bizə uyğun gələn səviyyədə olmalı, real rəqabət yaratmalı, komandanı gücləndirməlidi.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

Facebookdan bizi izləməyi unutmayın.
X