09:45 01.07.2015 548

"Dinamo"nun baş məşqçisi Qəbələdən danışdı

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Qəbələ”ni qəbul edəcək Tiflis “Dinamo”sunun bas məsqçisi Georgi Gequçadze "Qəbələ İK" qəzetinə müsahibə verib. Gürcü mütəxəssis komandasının Avropa Liqasına hazırlıgını və bu yarısda imkanlarını dəyərləndirib, “Qəbələ” ilə baglı fikirlərini bölüşüb. 


Bu ilin mayında komandanın “sükanı arxası”na geçən 50 yaşlı gürcü mütəxəssis hazırkı “Qəbələ”nin imkanlarını müfəssəl dəyərləndirməkdə çətinlik çəkib: “Çünki bildiyimə görə, mövsüm bitəndən sonra komandanızın heyətində böyük dəyişikliklər olub. “Qəbələ” Avroliqa oyunları ərəfəsində transfer bazarında çox fəallıq göstərib. Heyətinə cəlb etdiyi oyunçuların karyeralarına nəzər salmışam. Yetərincə səviyyəli futbolçulardı. Buna görə ciddi rəqiblə görüşəcəyimizi və bizi çətin sınaq gözlədiyini deyə bilərəm”.


“Dinamo”nun baş məşqçisi “Qəbələ”nin ötən mövsümdəki oyunlarını izləsə də, komanda haqqında yüksək fikirdədi. Gürcü çalışdırıcı belə bir komandanın formalaşmasında baş məşqçinin böyük rolu olduğunu söyləyib: “Keçən mövsümdə keçirdiyiniz bəzi oyunlarınızın fraqmentlərinə baxmışam. Mükafata layiq, samballı komandadı, meydanda yaxşı təsir bağışlayır. Həm də komanda yaradıcı oyun göstərməyə çalışır. “Qəbələ” rəqibinə xeyli problem yarada bilən komandadı. Ukraynalı həmkarım Roman Qriqorçukla şəxsi tanışlığım olmasa da, karyerasına əsasən, işinə qiymət verə bilərəm. Məşqçilik fəaliyyəti dövründə çox uğurlar qazanıb. Bildiyimə görə, Qriqorçuk savadlı mütəxəssisdi, məşqçilik işindən yaxşı baş çıxarır. Bu, məndə ona qarşı rəğbət oyadıb. Deməli, biz həm də yüksək səviyyəli mütəxəssislə mübarizə aparmalı olacağıq”.


Tiflis “Dinamo”su Avroliqaya hazırlıq məqsədilə Sloveniyada təlim- məşq toplanışı keçib. Hazırlıqdan razı qalan baş məşqçi indiki heyət barədə də qısa məlumat verib: “Bizdən də bir neçə futbolçu gedib, əvəzinə yeniləri gəlib. Məsələn, ötən mövsüm əsas qol ümidlərimizdən olan ispan hücumçu artıq sıralarımızda deyil. İstənilən halda, “Qəbələ”dən fərqli olaraq, “Dinamo”da heyətlə bağlı dəyişikliklər çox deyil. Bizim komanda çox gəncdi. Yetirmələrim baxımlı futbol oynamağa çalışırlar. Futbolda nəticəyə hər şey təsir göstərə bilər. Təsadüfi heç nə olmur. Ola bilər ki, təcrübəli futbolçuların çoxluğu “Qəbələ”nin xeyrinə olacaq. Ancaq gənc futbolçuların çoxluğu bizə üstünlük verə bilər. Bir sözlə, hər şeyi oyunlar göstərəcək. Əvvəldən dəqiq söz demək çətindir”.


Gequçadzenin fi krincə, komandasının mövsüm bitəndən sonra gücləndiyini, yoxsa zəiflədiyini “Qəbələ”ylə oyunlar göstərəcək: “Hesab edirəm ki, Avropa Liqasında oyunlar bizim üçün böyük təcrübə olacaq. Turnirdə məqsədimiz imkan daxilində çox irəliləməkdir. “Qəbələ”nin “İnter”lə yoxlama oyunu keçirərək qalib gəldiyini bilirəm. Ancaq “İnter”i çalışdıran həmyerlim Zaur Svanadze, yaxud həmin komandada oynayan gürcü futbolçulardan hazırkı “Qəbələ” haqda məlumat almamışam”.


“Dinamo”nun çalışdırıcısı ilk oyunun harada keçirilməsinin daha münasib olmasıyla bağlı məsələyə də birmənalı cavab verməyib: “Avrokuboklarda evdə başlayıb, ardından səfərdə oynamağın həm üstünlükləri, həm də mənfi cəhətləri var. İlk matçı öz meydanında keçirirsənsə, oyunun strategiyası da dəyişir. Təbii ki, istəyirəm ki, növbəti mərhələyə keçək. Bunun üçün sonadək mübarizə aparacağıq. Kimin favorit olduğunu oyunadək söyləmək çətindir. Bəli, Tiflis “Dinamo”sunun avrokuboklarda təcrübəsi böyükdür. “Qəbələ” isə yalnız ötən il qitəmqiyaslı turnirdə çıxış edib. Ancaq bu, hələ heç nə demək deyil. Komandada təcrübəni futbolçular yaradır. “Qəbələ”də də belə oyunçular çoxdu”.


Qeyd edək ki, 2004/05 mövsümündə “Dinamo”nu UEFA kubokunun qrupuna o vaxt da komandanın baş məşqçisi olmuş Georgi Gequçadze çıxarıb.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

Facebookdan bizi izləməyi unutmayın.
X