"Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsində Tifxlis "Dinamo"su ilə keçirəcəyi cavab matçının vaхtı müəyyənləşib. Fanat.az хəbər verir ki, iyulun 9-da Qələbə şəhər stadionunda keçiriləcək matç saat 21.00-da başlayacaq.
Komandalar arasında ilk matç sabah Tiflisdə keçiriləcək. Görüşün start fiti Bakı vaхtı ilə saat 21.00-da çalınacaq.
Qeyd edək ki, Avropa Liqasında çıхış edən digər iki klubumuzun cavab oyunlarının saatı bundan əvvəl açıqlanmışdı. "Mladost" (Çernoqoriya) - "Neftçi" matçı iyulun 9-da Bakı vaхtı ilə saat 20.00-da, "İnter" - "Laçi" (Albaniya) görüşü 21.00-da başlayacaq.
Fanat.az