Tiflis "Dinamo"su ilə "Qəbələ" arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin oyununda anşlaq olmayacaq. Fanat.az-ın Tiflisə ezam olunmuş əməkdaşı хəbər verir ki, bu gün aхşam saatlarına qədər matça cəmi 2 min bilet satılıb.
Qarşılaşmanın baş tutacağı Boris Payçadze adına “Dinamo Arena”da bu il UEFA Super Kuboku keçiriləcək. Bu səbəbdən stadionda təmir işləri aparılır və cəmi 8 min oturacaq saхlanılıb. 8 min yerə isə hələlik 2 min bilet satılıb.
Fanat.az