Yeni mövsümdən Topaz Premyer Liqasında çıxış edəcək “Zirə” klubu daha bir transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, elitanın debütantı “Neftçi”nin yetirməsi Mirkamil Haşımlını heyətinə qatıb.
Tərəflər arasında münasibətlər bu gün rəsmiləşdirilib. Son mövsümdə doğma klubunun heyətində olan, lakin əsas heyətə düşə bilməyən Haşımlı bundan sonra “Zirə”nin formasını geyinəcək. 19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
“Qəbələ”nin qapıçısı Anar Nəzirovla da danışıqları davam etdirən bakılılar bu keçidi isə gələn həftə rəsmiləşdirmək fikrindədilər.
Fanat.az