Hələ ki "Zirə"də yeganə legioner nigeriyalı Viktor İbekoyi artıq uzun illərdi ölkəmizdədi və həm futbolumuza, həm də futbolçularımıza yaxşı bələddi. Fanat.az xəbər verir ki, afrikalı futbolçu “Zirə”də nizam-intizamın yüksək olduğunu deyib:
“Yeni komanda, yeni kollektiv. Burda ən çox nizam-intizamı bəyəndim. AZAL-dan tanıdığım futbolçular var burda. Ancaq digərləri də məni yaxşı qarşıladı. Biz artıq indidən bir komanda kimiyik. Bu ən vacib amillərdən biridi. Odu ki, nikbinəm və fikirlərim də müsbətdi. Bütün hallarda oyun üslübu və futbolçuların bir-birinə uyğunlaşması üçün müəyyən vaxta ehtiyacımız var. Premyer liqada bizi güclü rəqiblər gözləyir. Çətin olacağını bilirik, amma azarkeşlərimizi sevindirmək üçün bacardığımızı əsirgəməyəcəyik”.
Fanat.az