Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir. Fanat.az хəbər verir ki, turnirdə Azərbaycanı təmsil edəcək "Qəbələ" doğma meydanda oynayıb.
"Qırmızı-qaralar" evdə Tiflis "Dinamo"sunu sınağa çəkib. İlk oyunda 1:2 hesabı ilə uduzan "Qəbələ" evdə istədiyi nəticəni qazanıb. 71-ci dəqiqədə "Dinamo"nun kapitanı Laşa Totadze meydandan qovulub. 88-ci dəqiqədə "Qəbələ"nin yeni transferi Asif Məmmədov Arif Daşdəmirovun ötürməsini qola çevirərək hesabı açıb. Əlavə vaхtın 3-cü dəqiqəsində isə Aleksey Antonov son nöqtəni qoyub. Bu qolun ötürməsini kapitan Cavid Hüseynov verib.
Beləliklə, 2:0 hesablı qələbə qazanan "Qəbələ" tariхində ilk dəfə avrokuboklarda mərhələ keçib. Ötən mövsüm "Şiroki Briyeq"lə (Bosniya və Hersoqovina) qarşılaşan "qırmızı-qaralar" iki oyunun nəticəsinə görə 0:5 hesabı ilə yenilmişdi (0:2, 0:3).
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
9 iyul
Qəbələ (Azərbaycan) - Dinamo (Gürcüstan) 2:0
Qollar: Asif Məmmədov, 88 (ötürmə - Arif Daşdəmirov). Aleksey Antonov 90+3 (ötürmə - Cavid Hüseynov).
Qəbələ: 22. Dmitri Bezotosnı, 5. Georgi Floresku (10. Dodo, 77), 6. Rəşad Sadiqov (11. Asif Məmmədov, 82), 9. Sergey Zenyov, 14. Cavid Hüseynov (k), 19. Aleksey Qay, 15. Vitali Vernidub, 20. Rikardinyo, 34. Ürfan Abbasov (21. Arif Daşdəmirov, 86), 44. Rafael Santos, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.
Dinamo: 12. Libor Hrdliçka, 3. Laşa Totadze (k), 5. Arçil Tvildiani (7. Georgi Canelidze, 87), 6. Mate Tsintsadze, 9. Aleksandr İaşvili (13. Otar Kiteişvili, 61), 10. Georgi Papunaşvili, 11. Georgi Kvilitaya (17. Georgi Quruli, 74), 25. Rene Santos, 31. Cambul Jiqauri, 37. Zaza Çelidze, 77. Vaxtanq Çanturişvili.
Ehtiyat oyunçular: 21. Georgi Beqaşvili, 8. Baçana Arabuli, 14. Laşa Parunaşvili, 22. Səba Lobjanidze.
Baş məşqçi: Gia Qequçadze.
Sarı vərəqələr: Vitali Vernidub, 37. Georgi Floresku, 49. Cavid Hüseynov, 54.
Qırmızı vərəqə: Laşa Totadze, 71.
Hakimlər: Amori Deleru, Loran Stien, Mişel Ammonye, Sebastyan Moreyra (Fransa).
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya).
Hakim-inspektor: Peter Cons (İngiltərə).
İlk oyun - 1:2.
Qəbələ. Şəhər stadionu.
Fanat.az