Premyer Liqaya hazırlığı davam etdirən “Zirə” daha bir futbolçu ilə müqavilə imzalayıb. Fanat.az хəbər verir ki, Bakı klubu ispan Luiz Alberto Diez Okerini heyətinə qatıb.
“Tato” ləqəbli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 1992-ci il iyulun 9-da Santanderdə dünyaya gələn Luiz Alberto məhz doğum günündə "Zirə"yə keçib. O, bu gün tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atıb.
Qeyd edək ki, Luiz Alberto Diez Okerin futbolda ilk addımlarını elə Santanderi təmsil edən “Rasinq”də atıb. 2009-cu ildə klubun B komandasına cəlb olunan pleymeyker 2 il sonra əsas komandada da çıxış edib. 2013-cü ildə “Rasinq”dən “Sestao”ya keçən Tato bir il sonra Xifon təmsilçisi “Sportinq”lə müqavilə bağlayıb. O, ötən mövsüm “Sportinq”in heyətində Sequndanın B seriyasında 29 oyunda meydana çıxıb və 3 qola imza atıb.
Fanat.az