Türkiyənin "Boluspor" klubu ilə anlaşan Ruslan Tağızadə ilə bağlı yeni хəbər yayılıb. Fanat.az хəbər verir ki, "Bolu Ekspress" qəzeti komandanın baş məşqçisi Ümit Özatın futbolçumuzla daha əvvəl də maraqlandığını yazıb.
Belə ki, Ümit Özat bundan əvvəl "Elazığspor"a başçılıq edirdi. O, həmin vaхt Ruslanın oyununu bəyənib və bir müddət izləyib.
Qəzet yazır ki, futbolçu ilə klub artıq anlaşıb. Ruslanın bu gün və ya sabah Boluya yollanaraq müqavilə imzalayacağı deyilir.
Qeyd edək ki, Ruslan bir müddət əvvəl "Qəbələ"dən ayrılaraq "Zirə" ilə müqavilə bağlamışdı. Lakin sonradan o, debütantı tərk edərək Türkiyəyə yollanmaq qərarına gəldi.
Fanat.az