Transfer çalışmalarını davam etdirən «Xəzər Lənkəran»ın heyətinə qatmaq istədiyi iki futbolçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubu Edu Oriol və Devid Sakkonini transfer etməyə yaxındı.
Tam adı Edu Oriol Qarsia olan futbolçunun 26 yaşı var. Hücumameylli yarımmüdafəiçi karyerası ərzində İspaniya klublarında çıxış edib. 2005-2008-ci illərdə «Pobla Mafumet»də top qovan Edu 2006/07 mövsümündə «Reus»ə icarəyə verilib (25 oyun, 1 qol). 2008/2009-da «Sant Andreu»un (34 oyun, 5 qol) uğurları üçün çalışan ispan futbolçu 2009-2011-ci illərdə «Barselona B»nin şərəfini qoruyub (60 oyun, 9 qol). Onun son iş yeri «Saraqosa» olub. Ötən mövsümün sonunda La Liqanı tərk edən klubda 2011-ci ildən çıxış edən Edu 39 oyunda 2 qol imza atıb. O, bir müddət əvvəl «Saraqosa» ilə müqaviləsini pozub və hazırda azad agentdi.
Braziliyalı Devid Frank Silva Sakkoninin də 26 yaşı var. Hcümameylli yarımmüdafiəçi 2006-2007-ci illərdə mövsümündə «Quarani»də çıxış edib (65 oyun, 12 qol). 2007-ci ildə «Palmeyras»a transfer olunan futbolçu 5 il bu kluba məxsus olub (31 oyun, 5 qol). Devid əvvəlcə «Qoias»a (2010, 2 oyun, 2 qol), ardınca «Qremio Barueri»yə icarəyə verilib (9 oyun). Həmin vaxt hazırda «Neftçi»də çıxış edən Flavinyo da bu klubda çıxış edib. Onlar bir matçda eyni heyətdə yer alıblar və bundan sonra Flavinyo ölkəmizə üz tutub. Ardınca Sakkoni «Nautiko» (2011, 1 oyun) və «Braqantino» (13 oyun, 3 qol) klublarına icarəyə verilib. «Xəzər Lənkəran»ın istədiyi futbolç u2012-ci ildə ölkəni tərk edərək Yaponiyanın «Veqalta» klubuna keçib. Bu il isə o yenidən vətəninə dönərək B Seriyasında çıxış edən «Braqantino» ilə anlaşıb (4 oyun).