"Zirə” klubunda yeni icraçı direktor təyin olunub.
Fanat.az xəbər verir ki, Natiq İsmayılov bundan sonra klubun icraçı direktoru vəzifəsində çalışacaq.
O, bu postda səhhətinə görə komandadan ayrılan Seyidağa Babayevi əvəzləyib.
Qeyd edək ki, Natiq İsmayılov zədə üzündən futbolçu karyerasını erkən bitirib və bundan sonra məşqçilik kurslarına qatılaraq C kateqoriyasını alıb.
Fanat.az