"Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, komandaya qoşulan Ruslan Poladovla bir illik müqavilə imzalanıb.
Müdafxiəçi ötən gün 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan yığması ilə yoxlama oyununda da forma geyinib. Qarşılaşma “Zirə”nin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Ruslanın son klubu "Sumqayıt" olub. O, 2014/15 mövsümündə bu komandanın heyətində 28 rəsmi oyuna çıхıb. 35 yaşlı müdafiəçi əvvəllər "Xəzər" (Sumqayıt), "Gənclərbirliyi", "Rəvan", "Standard", "Xəzər Lənkəran", "İnter" və "Simurq"da çıхış edib, 2005-ci ildə Azərbaycan millisində bir oyun keçirib.
Fanat.az