"Xəzər Lənkəran" - "Neftçi" matçından sonra hər iki komandanın azarkeşləri özlərinə məxsus statuslarda kin, qəzəb doğan statuslar, şərhlər yazmaqdadır. Bu cür ortamda Fərid Mirzəzadə adlı "Xəzər Lənkəran"lı bir azarkeşin yazdığı status sözün əsl mənasında hamıya örnək ola bilər. Oxuyanları da təsirləndirən həmin statusu sizinlə də bölüşməyi məqsədəuyğun saydıq:
"Fikirləşirəm bu nə düşmənçilikdi yarnıb indi? İçimdə "Neftçi"yə qarşı düşmənçilik var və bunu bir qırağa atmaq lazımdı. "Xəzər Lənkəran" azarkeşiyəm və sonuna kimi belə olacam. Amma öz millətimə, istəyir "Neftçi"li, itərsə də "Qarabağ"lı olsun necə əl qaldır bilərəm? Lənət olsun içimdəki nifrətə. Nə vaxtsa kimsə öləcək azarkeşlərdən, onda neyləyəcəm? Mən vicdan əzabı çəkərək, hansısa ananın göz yaşlarına dözə bilmərəm qardaş. Bağışla məni Lənkəran. Bir "Neftçi"liyə qarşı əl qaldıra bilmərəm. "Neftçi"li olsa belə. Əvvəl danışdıqlarım şüursuzcasına idi. XL-ə sevgim sonsuzdu".