“Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsinin “Çukariçki” ilə cavab oyununun hazırlıqlarına başlayıb. Fanat.az xəbər verir ki, Serbiyadakı ilk qarşılaşmanın (0:1) ertəsi məşq edib, sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələdə bir araya gəlib.
Dünən şəhər stadionunda baş tutan axşam məşqində Roman Qriqorçukun yetirmələri fiziki hazırlıq və toplu çalışmalara üstünlük verib. Hazırlıqda komandanın bütün futbolçuları iştirak edib. “Qəbələ” növbəti 2 məşqini də öz stadionunda keçirəcək. İyulun 22-də Bakıya yollanacaq komanda oyunöncəsi son məşqini qarşılaşmanın baş tutacağı “Bakcell Arena”da gerçəkləşdirəcək.
Qeyd edək ki, “Qəbələ” - “Çukariçki” oyunu iyulun 23-də Bakıda keçiriləcək. “Bakcell Arena”dakı qarşılaşma saat 21.00-da başlayacaq.
Fanat.az