"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi "Seltik"in futbolçusu Nadir Çiftçi 8 oyunluq cəzalandırılıb. Fanat.az хəbər verir ki, buna səbəb onun rəqibini dişləməsi olub.
Belə ki, türk futbolçu ötən mövsüm forma geyindiyi "Dandi Yunayted"lə "Dandi" arasındakı matçda rəqibi Cim Makalisteri dişləmişdi. Bu səbəbdən Şotlandiya Futbol Federasiyası Nadir Çiftçini 8 oyunluq cəzalandırıb. 23 yaşlı futbolçu cəzasının 6 oyununu Şotlandiya Premyer Liqasının ilk 6 turunda çəkəcək. Qalan iki oyunluq cəza isə şərti olaraq tətbiq ediləcək.
Fanat.az