AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın IV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Komitə "Sumqayıt"ın 2 futbolçusunu cəzalandırıb. Belə ki, AZAL-la oyunun 54-cü dəqiqəsində Kərim Diniyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb, 73-cü dəqiqədə isə Məhəmməd Mirzəbəyov sonuncu ümid foluna görə birbaşa meydandan qovulub. Hər iki futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
"Qəbələ" azarkeşləri "Qarabağ"la oyunun 80-ci dəqiqəsində meydançaya kənar əşya atıb. Bu səbəbdən bölgə klubu 2000 manat cərimə olunub.
"Simurq" "Bakı", "Qarabağ" "Qəbələ", "Rəvan" isə "İnter"lə matçda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə ödəyəcək.