"Rudar"ın (Çernoqoriya) baş məşqçisi Mirko Mariç "Qarabağ"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi bunları deyib:
"Sərgilənən futbola görə, öz futbolçularımı təbrik edirəm. Futbolda bəzən etdiyin bir səhv oyunun taleyini həll edir. Biz uğur qazanmağa çox yaxın idik. Ancaq bu şansı əldən verdik. Bəlkə də daha irəli gedə bilərdik. "Qarabağ" güclü komandadı. Onların 40 milyon avro büdcəsi var. Fikrimcə, biz pis oyun nümayiş etdirmədik".
Fanat.az