Azərbaycan Premyer Liqasında çıxış edən klublar 2015/16 mövsümü üçün sifariş vərəqələrini yeni qaydalarla təqdim edəcək. Fanat.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə komandalar sərbəst deyil, xüsusi qrafikə uyğun şəkildə quruma təqdim edəcək.
Bunun üçün hər kluba 4 saat vaxt ayrılıb. Komandaların günlər üzrə ardıcıllığı isə ötən mövsümkü mövqeyinə əsasəndi. Hər gün klublardan biri 09.00-dan 13.00-a, biri isə 14.00-dan 18.00-adək sifariş vərəqələrini təqdim etməlidi.
№ | Klub | Tarix | Saat |
1 | Kəpzə | 01.08.2015 | 09.00-13.00 |
2 | Zirə | 01.08.2015 | 14.00-18.00 |
3 | Rəvan | 03.08.2015 | 09.00-13.00 |
4 | Sumqayıt | 03.08.2015 | 14.00-18.00 |
5 | Xəzər Lənkəran | 04.08.2015 | 09.00-13.00 |
6 | AZAL | 04.08.2015 | 14.00-18.00 |
7 | Neftçi | 05.08.2015 | 09.00-13.00 |
8 | Qəbələ | 05.08.2015 | 14.00-18.00 |
9 | İnter | 06.08.2015 | 09.00-13.00 |
10 | Qarabağ | 06.08.2015 | 14.00-18.00 |
Fanat.az