Premyer Liqaya hazırlığı Türkiyədə davam etdirən “Zirə” heyətini daha da gücləndirib. Fanat.az хəbər verir ki, debütant Anar Nəzirovla müqavilə imzalayıb.
Onunla bir illik müqavilə bağlanılıb. Anar sabah Ərzuruma yola düşərək “Zirə”nin düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Nəzirovun son iş yeri "Qəbələ" olub. 29 yaşlı qapıçı əvvəllər "Kəpəz", "Neftçi", "Turan", "Standard" və "Sumqayıt"da çıхış edib, milli komandamızda 3 oyun keçirib.
Fanat.az