Türkiyədə təlim məşq toplanışında olan “Zirə” 2-ci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Premyer Liqanın debütantı Gürcüstanın ən köklü klublarından olan, güclülər dəstəsinin iştirakçısı “Kolxeti” ilə üz-üzə gəlib.
Baş məşqçi Adil Şükürov start heyətində Elməddin Məmmədov, Ruslan Cəfərov, Adil Nağıyev, Sadiq Quliyev, Ruslan Poladov, Luis Alberto “Tato”, Tərzin Cahangirov, Təmkin Xəlilzadə, Rəşad Abdullayev, Viktor İbekoyi və Nicat Qurbanovu meydana buraxıb.
İlk yarı bütünlüklə "Zirə"nin üstünlüyü ilə keçib. Rəqibin qapıya doğru bir zərbə belə endirmədiyi birinci hissədə Bakı klubu üç dəfə qola çox yaxın olub. İki epizodda isə qapı tiri Gürcüstan təmsilçisini qoldan xilas edib. Fasiləyə qədər Adil Nağıyev yerini Hacı Əhmədova verib.
2-ci hissədə isə baş məşqçi Adil Şükürov gəncləri meydana buraxıb. Bundan sonra “Kolxeti” üstünlüyü ələ alıb və oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Zirə" bundan əvvəl Türkiyədə Gürcüstanın "Şukura" klubu ilə "sülh" bağlamışdı (0:0). Təmsilçimiz sonr oyununu ayın 28-də "Samsunspor"a (Türkiyə) qarşı keçirəcək.
Fanat.az