"Komandanın oyunundan razı qaldım. Futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Biz onları fərqli mövqelərdə oynatdıq ki, gözlənilməz vəziyyətlərdə özlərini necə hiss etdiklərini görək". Fanat.az xəbər verir ki, bu sözləri Türkiyədə Gürcüstanın "Kolxeti" klubu ilə yoxlama oyunu keçirən (0:1) "Zirə"nin baş məşqçisi Adil Şükürov deyib.
Baş məşqçi komandaya inandığını bildirib: "Futbolçuların hamısına inanırıq, tam olaraq kimlərin start heyətində meydana çıxacağını müəyyənləşdirməmişik. Yoxlama oyunları həm də bu baxımdan vacibdi. Ümumi yüklənmə dövründə belə oynamaları normal idi. 2-ci hissədə əsasən gənclərə şans verdik, onları da yoxladıq. Xətlər arasında əlaqəni nəzərdən keçirdik. Yeni komandayıq, nəticədən asılı olmayaraq hansı addımları atacağımızı öyrəndik. Əsas səhvlərin görünməsidi. Biz səhvlərimizi gördük və qarşıda bunları aradan qaldırmağa çalışacağıq".
Fanat.az