"Qarabağ"ın Almaniya səfəri ilə bağlı problemlə üzləşməsi barədə məlumat vermişdik. Belə ki, Frankfurt hava limanı təmsilçimizi aparan təyyarənin enişinə icazə vermədiyi üçün bu günə planlaşdırılan səfər baş tutmamışdı.
Son durumu öyrənmək üçün "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq. Klub rəsmisi Fanat.az-a açıqlamasında bunları dedi: "Almaniya tərəfi bu barədə iki gün öncədən məlumat verməli olduğumuzu dedi. Qarşıdakı iki gündə də onlar bizə cavab verməli idilər. Yəni proses 4 gün ərzində həll olunur. Onlar bizim cəmi iki gün əvvəl məlumat verməyimizi səbəb kimi göstərirlər. Artıq "Qarabağ" rəhbərliyi ilə yanaşı, məsələyə AFFA və UEFA rəhbərliyi də qarışıb. Hətta Azərbaycan Almaniya səfirliyinə nota da verib. Bundan sonra hava limanı 28-dən 29-na keçən gecə eniş icazəsi verib. İndi biz bunun sabah günorta saatlarında baş tutmasına çalışırıq. Bu Razılıq ala bilsək sabah saat 11.00 radələrində Bakını tərk edərək Frankfurta yola düşəcəyik".