Premyer Liqaya hazırlığı Türkiyənin Ərzurum şəhərində davam etdirən “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, serbiyalı mərkəz müdafiəçisi Yovan Krneta Bakı klubunun şərəfini qoruyacaq.
Onunla bir illik müqavilə imzalanıb. Yovan artıq Ərzurumdadı və komandanın düşərgəsinə qoşulub.
Krneta Serbiyanın “Partizan” klubunun yetirməsidi. Yeniyetmə yaşlarından “Partizan”ın əsas komandasına cəlb olunsa da, oynamaq şansı qazanmayıb. Yovan 2010-cu ildə "Teleoptik"ə icarəyə verilib. Futbolçu 2011-ci ilin yanvar ayında “Partizan”ın əzəli rəqibi “Srvena Zvezda” ilə müqavilə bağlayıb. Əvvəlcə klub rəhbərliyi onu oyun təcrübəsi qazanmaq üçün "Sopot"a icarəyə verib. 2012-ci ildə isə millimizin hazırki baş bəşqçisi Robert Prosineçki “Srvena Zvezda”da çalışarkən müdafiəçini komandaya qaytarıb. Ötən il “Radniçki” ilə anlaşan 23 yaşlı Krneta bu ilin əvvəlində Ukraynanın “Çernomorets” klubuna keçib. Komandasının müdafiə xəttinin liderlərindən olan Yovan müqaviləsi başa çatdığı üçün yayda Ukraynadan ayrılıb. Müdafiəçi yarım mğvsümdə Ukrayna klubunda 12 oyun kemirib.
“Zirə”nin yeni futbolçusu həmçinin, 19 yaşa qədər futbolçulardan ibarət Serbiya yığmasında da çıxış edib və Avropa çempionatında forma geyinib.
Fanat.az