"Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra həbs olunan 7 nəfərlə bağlı hələlik heç bir yenilik yoxdu. Bu barədə Fanat.az-a "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
Klub rəsmisi həbsdə olanları diqqət mərkəzində saxladıqlarını bildirib: "Oyundan sonra 7 nəfər polis tərəfindən saxlanılıb. Həbs olunanlardan 6-sı "Xəzər Lənkəran", 1-i "Neftçi" azarkeşidi. Bizim əməkdaşlar tez-tez onlarla maraqlanır, vəziyyəti diqqət mərkəzində saxlayırıq. Hələlik heç bir yenilik yoxdu. Sabah hər şey dəqiqləşəcək".