"Qarabağ"ın futbolçusu Riçard Almeyda "Seltik"lə oyunlarla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu klubun rəsmi "Facebook" səhifəsinə bunları deyib:
"Rəqib açıq futbolu sevir. Bizim komanda da açıq futbola üstünlük verir. Çox maraqlı iki oyun olacaq. Düşünürəm ki, biz mərhələ adlayan tərəf olacağıq".
Fanat.az