Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az sport7.az-a istinadən xəbər verir ki, bu, Bosniya və Herseqovina millisinin üzvü Ermin Zecdi.
Klubun hücumçu ilə danışıqları müsbət nəticələnib və 27 yaşlı oyunçu ölkəmizə dəvət olunub. Onunla 2 illik müqavilə imzalanması gözlənilir.
Maraq üçün bildirək ki, Erminin son iş yeri Türkiyənin "Balıkəsirspor" klubu olub. O, Balıkəsir təmsilçisinin forması ilə meydana çıxdığı 16 oyunda 7 dəfə fərqlənə bilib. Bundan başqa Türkiyənin "Gənclərbirliyi" klubunun da formasını geyinən Ermin Zec 2008-ci ildə Bosniya və Herseqovinanın əsas millisində debüt edib. Futbolçu karyerasına ölkəsinin "İskra" klubunda başlayan Zek Xorvatiyanın "Sbenik" və "Rieka" klubunun da şərəfini qoruyub.
Fanat.az