"Qarabağ"a minimal hesablı məğlubiyyət də sərf edir - VİDEO
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Seltik"lə qarşılaşacaq "Qarabağ” iyulun 27-si Şotlandiyaya yola düşüb. Fanat.az xəbər verir ki, 6 saatlıq uçuşdan sonra Şotlandiyanın paytaxtına çatan Ağdam klubu bu gün oyunun keçiriləcəyi stadionda yerli vaxtla saat 19.45-də (Bakı vaxtıyla 23:45-də) məşqə çıxacaq.
Komandanın baş məşqçisi Qurban Qurbanov da səfər öncəsi ANS-in suallarını cavablandırıb. Şotlandiyada onları çətin oyun gözlədiyini bildirən Qurbanov, maksimum səhvsiz oynamağa çalışacaqlarını bidlirib.
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov rəqibi kifayət qədər analiz etdiklərini, xüsusilə standart vəziyyətlərə və rəqibin hündürboylu futbolçularına diqqət yetirməli olduqlarını deyib.
Qeyd edək ki, iyulun 29-u "Seltik Park"da baş tutacaq "Seltik" - "Qarabağ" qarşılaşmasının start fiti Bakı vaxtı ilə saat 23.45-də veriləcək.