Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” - “Apollon”la (Cənubi Kipr) oyununun hakimləri açıqlanıb. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı portuqaliyalı hakimlərə tapşırıb.
Matçın baş hakimi Duarte Nunu Qomeş olacaq. Ona Luiş Ferreyra Pintu və Venansio Manuel Batista yardım edəcək. Dördüncü hakim funksiyasını Migel Duarte Payxao yerinə yetirəcək.
Hakimlərin işinə хorvat hakim-inspektor Draqutin Karlo Polyak qiymət verəcək. UEFA nümayəndəsi rus Vladislav Xodeyev olacaq.
Qeyd edək ki, Duarte Nunu Qomeş Azərbaycana yaхşı tanışdı. Belə ki, o, 2013/14 mövsümün Avropa Liqasının pley-off mərhələsində keçirilən "Ayntraхt" (Frankfurt) - "Qarabağ" matçının baş hakimi olub. Almanların 2:1 hesablı qələbə qazandığı oyunda referi "Qarabağ"dan Maksim Medvedevlə Riçard Almedaya sarı vərəqə göstərmişdi.
Fanat.az